Ermənistan KTMT PA-nın “Crocus”dakı terror aktını pisləyən bəyanatına qoşulmadı


Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin nümayəndəsi Nelli Qulyan “Sputnik Ermənistan”a deyib.
“Ermənistan tərəfi bəyanata qoşulmağa dəvət edilib, lakin ölkənin təşkilatda iştirakının dondurulması səbəbindən təklif rədd edilib”, - Alen Simonyanın nümayəndəsi bildirib.
O vurğulayıb ki, parlamentin spikeri öz “Telegram” kanalında başsağlığı verib, parlamentin vitse-spikeri Cenevrədəki çıxışında terror aktını pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top