Tramp öz brendi altında “İncil” satmağa başladı


ABŞ prezidentliyinə namizəd Donald Tramp öz brendi altında “İncil” satmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə o, “İncil”ləri “Amerikanı yenidən dua etməyə məcbur et” şüarı ilə satışa çıxarıb.
Trampın sözlərinə görə, onun çoxlu “İncil”ləri var, çünki bu, onun sevimli kitabıdır. Buna görə də o, hər bir Amerikalının evində bu müqəddəs kitabları görmək istəyir.
Respublikaçı namizədin “İncil” dəstinin qiyməti 59,99 dollardır. Bu dəstə “Kral Ceymsin İncili”, Trampın səhnədə oxumağı sevdiyi kantri müğənnisi Li Qrinvudun mahnısının əlyazma variantı, həmçinin, Hüquqlar haqqında Bill, ABŞ bayrağına Sədaqət Andı, Müstəqillik Bəyannaməsi və ABŞ Konstitusiyası daxildir.
Üstəlik, Tramp bu dəstləri birbaşa öz adından satmır, onların ticarətindən müəyyən qonorar alır.

DİGƏR XƏBƏRLƏR

Top