
“Crocus City Hall”da törədilən terror aktında yaralananların sayı 360 nəfərə çatıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Fəlakətlər üzrə Tibb Mərkəzindən məlumat verilib.
“Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb”, - mərkəzdən bildirilib.
Məlumata görə, 92 yaralı xəstəxanaya yerləşdirilib, 63 yaralı evə buraxılıb, 205 yaralıya ambulator yardım göstərilib.
Rusiya Baş nazirinin müavini Tatyana Qolikova jurnalistlərə bildirib ki, “Crocus City Hall”dakı terror aktında yaralananların sayının artması şok vəziyyətində olan insanların faciə yerini tərk etməsi və dərhal həkimlərə müraciət etməməsi ilə izah olunur.
Onun sözlərinə görə, bunu insanların tibb müəssisələrinə axını da izah edir. Baş nazirin müavini müraciət edənlərin hamısına tibbi yardım göstərildiyini bildirib.