
İctimai fəal Vitali Borodin Rusiya Baş Prokurorluğundan Puqaçovanın xarici agent kimi tanınması tələbinə cavab aldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.
İctimai fəalın sözlərinə görə, prokurorluq Ədliyyə Nazirliyinə müvafiq sorğu göndərib.
“Alla Puqaçovanın xarici agent kimi tanınması proseduru başlayıb. Prokurorluq Rusiya Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir”, - Borodin bildirib.
Qeyd edək ki, ulduzlara qarşı kütləvi şikayətləri ilə tanınan Borodin martın 7-də Prima Donnanın xarici agent kimi tanınması tələbi ilə baş prokuror İqor Krasnova müraciət edib. O, müğənninin Rusiyanı tərk etdiyini, dəfələrlə anti-Rusiya mövqeyini ifadə etdiyini və həyat yoldaşı Maksim Qalkini dəstəklədiyini qeyd edib. Borodin müğənninin Qərb kəşfiyyat xidmətləri ilə əlaqəsi ola biləcəyini də iddia edib.
Xatırladaq ki, sənətçi martın 22-də “Crocus City Hall”da baş verən terror aktına heç bir reaksiya vermədiyi üçün də tənqid edilib.
Tətbiqimizi yükləyə bilərsiniz