
Avropa İttifaqı Şurası bu gün Avropa İttifaqının (Aİ) Gürcüstandakı Monitorinq Missiyasına (AİMM) yeni rəhbər təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şuranın saytında məlumat verilib.
Məlumata görə, fransalı general-mayor Bettina Buqani 21 mart 2024-cü il tarixindən 14 dekabr 2024-cü il tarixinədək Gürcüstan missiyasının rəhbəri vəzifəsini icra edəcək.
Bettina Buqani beynəlxalq münasibətlər və sabitləşdirmə missiyalarında böyük təcrübəyə malik Fransa Milli Jandarmının komissarıdır. O, Birləşmiş Millətlər Təşkilatında və Fransa Jandarmında, həmçinin, Fransa Daxili İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələr tutub.
Ən son olaraq o, BMT-nin Malidəki missiyasının komissarı olub və münaqişələrin qarşısının alınması, vasitəçilik və sülhün qorunması ilə məşğul olub.
Qeyd edək ki, o, bu vəzifədə Dimitrios Karabalisi əvəz edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz