Külək Goranboy və Mingəçevirdə fəsadlar törətdi – Fotolar


Güclü külək Goranboy rayonunda və Mingəçevir şəhərində fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, güclü külək səbəbindən Goranboy rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Həmçinin Goranboy-Ağcakənd avtomobil yolunun kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.



Mingəçevirdə isə Mərkəzi Xəstəxananın önündə, Güllü bağ adlanan yol dairəsindən giriş istiqamətində ağac yola aşıb, nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb. Xüsusilə də xəstəxanadan və geriyə hərəkət edən təcili yardım avtomobillərinin hərəkətində problem yaranıb.
Qeyd edək ki, bir başqa iri ağac isə insanların tez-tez üz tutduğu istirahət parkında aşıb.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top