Türkiyədə gənclərin 17%-dən çoxu işsizdir – Rəsmi


Ötən il Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 1% azalaraq 9,4%-ə düşüb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, gənclər arasında (15-24 yaş arası) işsizlik səviyyəsi isə 2% azalaraq 17,4% olub.
Məlumat üçün bildirək ki, dünyada ən yüksək işsizlik səviyyəsi Konqoda qeydə alınıb. Afrikanın və dünyanın ən kasıb ölkələrindən olan Konqoda iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. Dünyada işsizliyinin ən yüksək olduğu ölkələrin siyahısnda ilk 5-liyi Cənubi Afrika Respublikası (32,1%), Anqola (31,9%), Cibuti (27,9%) və Botsvana (25,4%) tutur.
Dünyada ən aşağı işsizlik səviyyəsi Belarusda qeydə alınıb - cəmi 0,1%. İşsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrin sıralamasında Qətər (0,1%), Kambocia (0,2%), Niger (0,5%) və Tailand (0,8%) yer alır.
Onu da qeyd edək ki, region ölkələrindən Qırğızıstanda iqtisadi fəal əhalinin 2,5%-i, Rusiyada 2,9%-i, Qazaxıstanda 4,7%-i, Moldovada 4,9%-i, Türkmənistanda 5%-i, Azərbaycanda 5,6%-i, Özbəkistanda 6%-i, Tacikistanda 6,9%-i, İranda 7,6%-i, Ukraynada 10,5%-i, Ermənistanda 12%-i, Gürcüstanda isə 15,3%-i işsizdir.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, əhalinin işlə təmini ölkənin sosial-iqtisadi uğuru olsa da, bir ölkədə işsiz insanların sayının çox olması həmin ölkənin iqtisadi cəhətdən inkişaf etmədiyi mənasına gəlməmlidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top