Rusiya WSJ müxbirinin həbs müddətini uzatdı


Moskva Şəhər Məhkəməsi “Wall Street Journal”ın (WSJ) müxbiri Qerşkoviçin casusluq işi üzrə həbs müddətini uzadıb.
Yeniavaz.com
RBK-ya istinadla xəbər verir ki, məhkəmə müstəntiqlərin vəsatətini təmin edib və ABŞ vətəndaşı, “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviçin həbs müddətini 2024-cü il iyunun 30-dək uzadıb.
“Moskva Şəhər Məhkəməsi ibtidai istintaq orqanlarının vəsatətinə baxıb və Evan Qerşkoviç barəsində həbs müddətini 2024-cü il iyunun 30-dək uzadıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Qerşkoviçin 32 yaşı var və ABŞ vətəndaşıdır. Jurnalist həbs olunmazdan əvvəl son altı il ərzində Moskvada yaşayıb və “The Wall Street Journal”ın (WSJ) müxbiri kimi Rusiya və Ukraynadakı vəziyyəti işıqlandırıb. O, 2023-cü il martın 30-da Yekaterinburqda casusluq ittihamı ilə (Cinayət Məcəlləsinin 276-cı maddəsi) saxlanılıb.
Jurnalisti 10 ildən 20 ilə qədər həbs gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top