
Böyük Britaniya məhkəməsi “Wikileaks” portalının qurucusu Culian Assancın ABŞ-yə ekstradisiyasına dair məhkəmə qərarına etiraz edə biləcəyinə qərar verib.
Yeniavaz.com xəbər verir ki, Assancın casusluq ittihamı ilə ABŞ-yə ekstradisiyasına etiraz etmək hüququ bu gün sonuncu dəfə britaniyalı hakimlər tərəfindən müzakirə olunub. Hakimlər 52 yaşlı avstraliyalının ABŞ-yə ekstradisiyasına etiraz edə biləcəyinə qərar veriblər.
Hakimlər bildiriblər ki, ABŞ rəsmiləri onun ABŞ-yə ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanc apellyasiya şikayəti verə biləcək. Əgər Assanca bu icazəsi verilməsəydi, o, bir neçə gün ərzində ABŞ-yə ekstradisiya edilə bilərdi.
İş üzrə yeni məhkəmə iclası mayın 20-də baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz