Yeni 2 avroluq xatirə sikkəsi buraxılacaq


Fransa zərbxanası 2024-cü il Yay Olimpiya Oyunlarına həsr edilmiş sikkə buraxacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Eyfel qülləsinin təsviri ilə bəzədilmiş bu 2 avroluq sikkələr iyun ayından satışa çıxarılacaq.
Bundan əlavə, kolleksiyaçılar üçün məhdud seriyada yüksək numizmatik keyfiyyətə malik kolleksiya sikkələri də istehsal ediləcək. Bu sikkələr üç müxtəlif variantda təqdim olunacaq.
Ümumilikdə 24 milyon ədəd belə 2 avroluq sikkə istehsal ediləcək.
Parisdəki zərbxanada olimpiya və paralimpiya idmançılarına veriləcək medallar da hazırlanacaq. “Chaumet” zərgərlik evinin rəsmləri əsasında hazırlanmış bu medallar Eyfel qülləsinin dəmir parçası ilə zənginləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top