
Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən mitinqdə Venesuela Prezidenti Nikolas Maduronun həyatına sui-qəsd cəhdi olub.
Yeniavaz.com xarici xəbər verir ki, o bu barədə “Venezolana de Television” kanalının canlı efirində məlumat verib. Venesuela lideri sui-qəsin qarşısının alındığını bildirib.
Hadisə Maduronun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra “Dieqo İbarra” meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edərkən baş verib.
“Saxlanılanlar ifrat sağçı, faşist “Vente Venezuela” partiyasına mənsub olduqlarını etiraf etdilər", - Maduro qeyd edib.
O, cinayətkarların prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını bildirib.
Qeyd edək ki, daha əvvəl Karakas meri Naum Fernandes də Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz