“Kobaxidze ilə ölkələr arasında sərhədin delimitasiyası prosesini müzakirə etdik”


Ermənistan və Gürcüstanın Baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze ölkələr arasında sərhədin delimitasiyası prosesinin aktivləşdirilməsi imkanlarını müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri birgə brifinqdə bildirib.
“Bu gün biz Ermənistan və Gürcüstan arasında sərhədin delimitasiyası prosesinin aktivləşdirilməsi imkanlarını müzakirə etdik. Gürcüstanla münasibətlərin inkişafı və dərinləşməsi təkcə ölkələrimiz üçün deyil, həm də bütövlükdə region üçün vacibdir”, - Paşinyan bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana rəsmi səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top