
Terrorçulardan biri hücumdan əvvəl “Crocus City Hall”da keçirilən tədbirdə iştirak edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat və foto dərc edib.

Bildirilib ki, terroru törətdiyi iddia edilən şəxslərdən biri burada səhnələşdirilən tamaşalardan birində iştirak edib.
“Təbii ki, o, çətin ki, mədəni komponentlə maraqlanırdı. Proses terror aktının təşkili ilə bağlı idi – plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq”.
Kanal yazır ki, mənbələrinin onlara ötürdüyü məlumata əsasən, terroru törətdiyi iddia edilən şəxslər əvvəllər də bir neçə dəfə “Crocus City Hall”da olublar:
“Onlar kütləvi qətli diqqətlə planlaşdırıblar”.
Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində Rusiyanın payraxtı Moskvada yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar. İstintaq Komitəsinin son məlumatlarına görə, 133 nəfər hücumun qurbanı olub, 152 nəfər yaralanıb. Hücumla bağlı, dördü birbaşa iştirakçısı olmaqla, 11 şübhəli saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz