Qanunsuz silah və döyüş sursatı gəzdirməkdə və saxlamaqda şübhəli bilinən 24 nəfər tutularaq Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə News.am-a Ermənistan Polisinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəisi Zarzand Qabrielyan məlumat verib.
O bildirib ki, onda saxlanılan şəxslərin hansısa təşkilatın üzvləri olmasından xəbərsizdir.
Daha əvvəl isə Ermənistanda fəaliyyət göstərən “Döyüş Qardaşlığı” təşkilatı onlarla üzvünün həbs edilməsi barədə məlumat yayıb. Onlar polisin təlimlər üçün təşkilata icazə vermədiyini bildiriblər.
“Bütün bunlar “Döyüş Qardaşlığı” üçün proqnozlaşdırıla bilən idi. Siz bizi təqib və təzyiqlərlə dayandıra bilməzsiniz. Mübarizəmiz onsuz da uğurlu olacaq”, - deyə təşkilatdan bildirilib.