Qəzzada ölü və yaralıların ümumi sayı 110 minə yaxınlaşır


İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 32,2 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun Teleqram kanalında dərc edilən bəyanatda deyilir:
“Ötən ilin oktyabrından bəri İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 32 min 226 nəfərə çatıb, ən azı 74 min 518 nəfər yaralanıb. İsrail qüvvələrinin son 24 saat ərzində anklavda həyata keçirdiyi səkkiz hücum nəticəsində isə 84 nəfər ölüb, 106 nəfər yaralanıb”.
Qeyd olunub ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və səhiyyə işçiləri hələ onlara çata bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top