Qəzzada humanitar yardım gözləyən kütlə atəşə tutulub – 19 nəfər ölüb


İsrail əsgərlərinin Qəzza zolağında humanitar yardımın paylanmasını gözləyən kütləyə atəş açması nəticəsində azı 19 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, dinc sakinlər un və humanitar yardımın paylanmasını gözləyərkən, İsrail tankları onlara pulemyotlardan atəş açıb.
Telekanal bəyan edib ki, daha 23 nəfər yaralanıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və mülki şəxslərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. Daha sonra İsrail Qəzzanı tam blokadaya aldığını və burada hərbi əməliyyatlara başladığını elan edib. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top