
Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktında şübhəli bilinərək saxlanılan 2 nəfərin görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntüləri “Rossiya Seqodnya”, “Ria Novosti”, “Sputnik” kimi məşhur media qurumlarının baş redaktoru erməni əsilli Marqarita Simonyan telegram kanalında paylaşıb.
Terror aktında iştirak etməkdə şübhəli bilinərək saxlanıldığı iddia edilən şəxs ona 500 min rubl vəd edildiyini bildirib. Saxlanılan şəxs bildirib ki, pulun yarısı onun bank kartına köçürülüb, digər yarısının isə sonradan köçürüləcəyi vəd edilib.