Moskvadakı terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb – Yenilənib

 
Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi açıqlayıb.

***14:06

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 115-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi açıqlayıb.
Bildirilir ki, "Crocus City Hall” konsert zalında terror aktı baş verən yerdə fövqəladə hallar xidməti dağıntıları təmizləyərkən daha çox cəsəd tapılıb. İstintaq Komitəsi əlavə edib ki, axtarış işləri davam edir.

*** 12:32

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 93-ə çatıb.
Yeniavaz.com
 TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsi açıqlayıb.
Bildirilir ki, hadisə nəticəsində həlak olanların sayının artacağı gözlənilir.
Onu da qeyd edək ki, həlak olanların siyahısında 20.07.1983-ci il tarixində anadan olan Vüqar Hüseynov adlı şəxs də var. Ehtimal olunur ki, həmin şəxs azərbaycanlıdır.

DİGƏR XƏBƏRLƏR

Top