Azərbaycan Fransaya neft satışını 8% artırıb – Rəsmi


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Fransaya 57,4 milyon dollar dəyərində 89,7 min ton xam neft və xam neft məhsulları satıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Fransaya satılan xam neft ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 6,7 min ton artıb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 2 milyard 826 milyon 58,6 min dollar dəyərində 4 milyon 595 min 490,1 ton xam neft satıb.
Azərbaycan xam nefti ən baha qiymətə Fransaya satıb. Bir ton xam neft Fransaya 636,3 dollara satılıb.

DİGƏR XƏBƏRLƏR

Top