Moskvadakı terroru İŞİD törədib?


Moskvada “Crocus City Hall” ticarət mərkəzinə edilən hücuma görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı CNN, Reuters və digər tanınmış media qurumları yayıb.
Bildirilir ki, hücuma görə məsuliyyəti terror qruplaşması öz üzərinə götürüb və bu barədə məlumat İŞİD-ə bağlı “Amaq” xəbər agentliyinin telegram kanalında yayılıb.
Reuters-in iki amerikalı rəsmiyə istinadən yazdığına görə, ABŞ İŞİD-in hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyən kəşfiyyat məlumatlarına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top