Moskvadakı terrorda ölənlərin sayı artır – Video


Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.
Yeniavaz.com
“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 115 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumatda bildirilir ki, Rusiya vaxtı ilə saat 10:00-da həlak olan və yaralananların yeni siyahısı açıqlanacaq.
Artıq bəzi “Telegram” kanalları ölənlərin sayının 100-ə çatdığını yazırlar.
Moskva vilayətinin Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinin məlumat bildirilib ki, “Crocus City Hall”un konsert zalında baş verən yanğının söndürülməsinə 477 nəfər və 183 texnika cəlb olunub.
Məlumat üçün bildirək ki, axşam saatlarında azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzinə silahlı şəxslər tərəfindən hücum edilib və bu hücum zamanı binada güclü yanğın baş verib.

DİGƏR XƏBƏRLƏR

Top