Ürəyinizi qorumaq üçün 25 qayda...


İşləriniz, gündəlik problemləriniz... üçün bütün günü ora-bura qaçır, nə isə etməyə çalışırsınız. Şübhəsiz ki, bu vaxt sağlamlığınızı unudursunuz. Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz? Sözsüz ki, ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz. Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq...
1. Rejimlə qidalanmağa çalışın.
2. Çox soyuq və ya çox isti mühitlərdə qalmayın.
3. Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin.
4. Çox soyuq və ya çox küləkli havalarda ağzınızı və burnunuzu bağlayın. Çalışın ki, soyuq havanı içinizə çəkməyəsiniz.
5. Gündəlik işlərinizi elə qurun ki, ürəyinizə istirahət verməyə də vaxtınız olsun.
6. Bir iş görəndə tələsməyin.
7. Ağır işlərinizi günün müxtəlif saatları arasında bölüşdürün.
8. Dincəlmək mütləq yatmaq demək deyil.
9. Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.
10. İşləyərkən əllərinizin çiyin səviyyəsindən aşağı olmasına çalışın. Çünki əllər çiyin səviyəsindən yuxarı olduqda ürək daha çox işləyir.
11. Bütün pəhrizləri unudun. Unutmayın ki, tez-tez arıqlayıb kökəlmək olmaz.
12. Minerallara qarşı laqeyd olmayın.
13. Özünüzə inanın. Hər kəs özü üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.
14. Yağ seçərkən diqqətli olun. Ən yaxşı yağ zeytun və kərə yağıdır.
15. Siqaretdən uzaq olun.
16. Hər gün idmanla məşğul olun.
17. Musiqiyə qulaq asın.
18. Ailədə xoş atmosfer yaratmağa çalışın. Unutmayın ki, xoşbəxt ailələrdə ürək xəstəlikləri daha az olur.
19. Çalışın, çoxlu dostunuz olsun.
20. Tez-tez səyahətə çıxın.
21. Qan verin. Qanda olan dəmir ürək xəstəlikləri ehtimalını artırır.
22. Ürəyinizə xəyanət etmək istəmirsinizsə, yediklərinizə diqqət yetirin (Əlbəttə ki, yağlı və duzlu yeməmək şərti ilə).
23. Xolesterol səviyyənizi öyrənin.
24. Stresdən uzaq olmağa çalışın.
25. Və nəhayət, ildə ən azı iki dəfə ürəyinizi müayinədən keçirin...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top