Aİ müdafiə xərclərini artıracaq


Avropa İttifaqı (Aİ) ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir.
“Müdafiə hazırlığının artırılması üzv dövlətlərdən əlavə səylər tələb edəcək, xüsusilə də müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq, birlikdə daha səmərəli və tez investisiya etməklə bağlı”, - sənəddə qeyd edilib.
Sənədə görə, Avropa Şurası (AŞ) Aİ Şurasına və Avropa Komissiyasına (AK) maliyyənin səfərbər edilməsinin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.
Qeyd edək ki, Aİ-nin iki günlük sammiti cümə axşamı, martın 21-də Brüsseldə  başlayıb. Tədbirin rəsmi gündəliyinə Aİ-nin müdafiə qabiliyyətinin artırılması məsələləri, həmçinin  Ukrayna və Yaxın Şərqdəki böhranlar daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top