Terminaldan 10 minə yaxın oğurladılar – Saxlanıldılar


Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.



DİGƏR XƏBƏRLƏR

Top