MİT daha bir PKK liderini zərərsizləşdirdi


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Qamışlı şəhərində PKK/YPG terror təşkilatının qondarma liderlərindən biri Halil Tekini zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Təkin terrorla bağlı axtarışda olanlar siyahısında yaşıl kateqoriya ilə yer alıb. MİT Qamışlıda həyata keçirdiyi əməliyyatla terrorçu Tekini zərərsizləşdirib.
Məlumata görə, Tekin 2007-ci ildə terror təşkilatı PKK/YPG-yə qoşulub və Suriya və İraqda terror fəaliyyətləri həyata keçirib.
Qeyd edək ki, 1992-ci ildə Halil Tekinin terror təşkilatının üzvü olan atası İbrahim Tekin də Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top