
Bakıda ilk dəfə təşkil olunan “FIFA series - Edition 2024” layihəsi çərçivəsində bu gün ilk matçlar baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan yığması dogma meydanda Monqolustan yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, digər oyunda isə Bolqarıstan və Tanzaniya yığmaları qarşılaşacaq. Görüş Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz