BVF Ukrayna üçün yeni maliyyə tranşını təsdiqlədi


Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 880 milyon dollar məbləğində yeni tranşı təsdiqləyib,
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, fondun rəhbərliyi təşkilatla Ukrayna rəhbərliyi arasında əvvəllər əldə edilmiş razılaşmaların nəzərdən keçirilməsini başa çatdırıb.
“Bu, Ukraynaya büdcə dəstəyi üçün istifadə olunacaq 880 milyon dollar ayırmağa imkan verəcək”, - məlumatda bildirilib.
Növbəti tranşın Ukraynaya ayrılması ilə bağlı razılıq fevralda əldə olunub.
Dörd illik Genişləndirilmiş Kredit Proqramı çərçivəsində əvvəlki 900 milyon dollarlıq tranş BVF-nin İcraçı Direktorlar Şurası tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilib. Fond bundan əvvəl bu mexanizm üzrə Ukrayna üçün 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə dördillik proqramı təsdiqləyib.
2023-cü il aprelin 3-də Ukrayna dövlət büdcəsinin ümumi fonduna 2,7 milyard dollarlıq birinci tranş daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top