Paşinyan Şarl Mişellə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyan və Mişel Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə aparılan danışıqlarda əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini bəyan ediblər.
Bu razılaşmalara əsasən, sərhədlərin delimitasiya və demarkasiyası Almatı Bəyannaməsinə əsasən həyata keçirilməlidir, tərəflər ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır və əhatə etdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərən kommunikasiyalar açır.
Qeyd edək ki, Nikol Paşinyan Atom Enerjisi Sammitində iştirak etmək üçün martın 20-də Brüsselə gedib. Forum çərçivəsində Ermənistanın baş naziri bir sıra ikitərəfli görüşlər keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top