“Bəzi qidalar qocalmanı yavaşlatır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə dietoloq Olqa Redina “Veçernyaya Moskva”ya müsahibəsində deyib.
Redinanın sözlərinə görə, bədən hüceyrələrini məhv edən sərbəst radikallarla mübarizə aparan elementlər olan antioksidantlar qocalmanı ləngitməyə kömək edir:
“Antioksidantlarla zəngin qidalara giləmeyvə (moruq və ya qaragilə kimi), meyvələr, xüsusilə sitrus meyvələri, qoz-fındıq, nişastasız tərəvəzlər, tünd şokolad, yaşıl çay daxildir”.
Bundan əlavə dietoloq əlavə edib ki, dərinin elastikliyinə və nəmləndirilməsinə cavabdeh olan kollagen də qocalma prosesini ləngidir:
“Kollagen yumurta, ət, sümük suyu, dəniz yosunu və balıqda olur. Ümumiyyətlə, sağlam insanın pəhrizində kifayət qədər miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallar olmalıdır ki, bədəni sağlamlıq və gənclik üçün lazım olan hər şeylə təmin etsin”.