
Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərinin yekun nəticələrinin açıqlandıqdan sonra rusiyalılara müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Putin müraciətində xalqa təşəkkür edib.
“Bir daha kimə səs verdiyinizdən asılı olmayaraq səsvermədə iştirak edən hər kəsə təşəkkür edirəm. Ölkəmiz, cəmiyyətimiz və vətəndaşlarımız üçün son dərəcə vacib olan seçki kampaniyası başa çatıb. Hər bir namizədin konkret problemlərin həllinə öz yanaşması var idi. Biz mütləq bütün konstruktiv təkliflərdən, seçicilərlə rezonans doğuran bütün ideyalardan ölkənin inkişafı maraqları naminə ümumi işimizdə istifadə edəcəyik”, - Putin bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. İlk dəfə olaraq, onlar üç gün ərzində keçirilib və ölkə regionlarının təxminən üçdə birində mövcud olan məsafədən elektron səsvermədən istifadə edilib.