Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq?


“TikTok “da qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz özünün Feysbuk hesabında yazıb.
O bildirib ki, ümumiyyətlə, qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil:
“Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil.
Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə “TikTok” arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb”.
Qeyd edək ki, bir müddət əvvəl yerli KİV-də Azərbaycanda “TikTok”a qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə olacağına dair məlumatlar dərc olunub.

DİGƏR XƏBƏRLƏR

Top