MİT “Bişenq Brüsk” kod adlı PKK-lını zərərsizləşdirdi


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının “yüksək rütbəli”sini zərərsizləşdirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, təşkilatın “gənclər cəmiyyətinin qadın baş məmuru” “Bişenq Brüsk” kod adlı Rojda Bilen İraqın şimalındakı Süleymaniyyə vilayəti ərazisində zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrinin paylaşdığı görüntülərdə MİT-in Bileni PUA-larla addım-addım izlədiyi, daha sonra isə içində olduğu avtomobili hərəkətdə olarkən vurduğu görülür.
2011-ci ildə təşkilata qoşulan Bilənin “silahlı terror təşkilatına üzv olmaq” cinayətindən Əskişəhər I Ağır Cəza Məhkəməsi tərəfindən axtarışa verildiyi və “axtarılan terrorçular” siyahısında mavi kateqoriyada olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top