Ersen Martin dünyasını dəyişdi


Futbol üzrə Türkiyə millisinin sabiq üzvü Ersen Martin dünyasını dəyişib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, buna səbəb aorta damarının yırtılması olub.
Uun müddət reanimasiyada olan və xəstəliklə mübarizə aparan Ersen Martin ötən gün 44 yaşında dünyasını dəyişib.
1979-cu ildə Almaniyada anadan olan Ersen Martin futbol həyatına Nürnberqdə başlayıb. O, Türkiyənin “Beşiktaş”, “Siirtspor”, “Göztəpə”, “Dənizlispor”, “Ankaraspor”, “Trabzonspor”, “Sivasspor”, “Manisaspor”, “Kasımpaşa”, “Gənclərbirliyi” və “Eyüpspor” klublarında da çıxış edib.
Bir müddət İspaniyanın “Recreativo Huelva” komandasında da çıxış edən Ersen Martin 4 dəfə Türkiyə millisinin heyətində meydançaya da çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top