Pakistanda mədəndə partlayış: 18 nəfər dağıntılar altındadır


Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində qayalıqlar dağılıb və mədənçilərin səthə çıxışı bağlanıb. Onlara kömək etmək üçün şaxtaya enən bir qrup işçinin də dağıntılar altında qaldığı bildirilir.
Məlumata görə, hazırdda 18 nəfər dağıntılar altındadır.
Bildirilir ki, mədəndə hadisəyə metan partlayışı səbəb olub.
Axtarış-xilasetmə əməliyyatı davam edir.

DİGƏR XƏBƏRLƏR

Top