
Bu ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrə 4 milyard 780 milyon dollar dəyərində məhsul ixrac edib.
Yeniavaz.com xəbər verir ki, ixracın 9,5%-ni və ya 455 milyon manatını qeyri-neft məhsulları təşkil edib.
Qeyd edək ki, Azərbaycan qeyri-neft məhsullarının 65%-ni 3 ölkəyə ixrac edib. Belə ki, qeyri-neft məhsullarının 34%-i Rusiyaya, 21,4%-i Türkiyəyə, 9,4%-i isə Gürcüstana ixrac edilib.
İxrac olunan qeyri-neft məhsullarının 21,9%-ni tərəvəz və meyvə, 12,5%-ni plastmassa və onlardan hazırlanan məmulatlar, 10,6%-ni kimya sənayesi məhsulları, 7,7%-ni elektrik enerjisi, 7,4%-ni pambıq lifi və s. təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz