Azərbaycana yaz fəsli gəlib


Azərbaycana yaz fəsli qədəm qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:06-da daxil olub:
“Həmin vaxt gecə ilə gündüz bərabərləşib, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində yaz fəsli başlayıb.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top