“HƏMAS-ın xəstəxanada fəaliyyət göstərdiyinə dair dəlil görməmişəm” – Britaniyalı cərrah


Qəzza zolağında təcili yardım briqadasına rəhbərlik edən britaniyalı cərrah Nik Maynard Fələstin anklavında HƏMAS hərəkatının yaraqlıların baza kimi istifadə edildiyi iddia olunan xəstəxanalarda bunun heç bir izinin görmədiyini deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cərrah mətbuat konfransında danışıb.
“İsrailin bu xəstəxanaların HƏMAS-ın komanda mərkəzləri kimi istifadə edilməsi ilə bağlı iddialarına gəlincə, mən heç vaxt HƏMAS-ın heç bir xəstəxanada hərbi fəaliyyət göstərdiyinə dair dəlil görməmişəm”, - Maynard deyib.
O əlavə edib ki, o, “Əl-Şifa” xəstəxanasında olub, onun hər qarışını bilir və orada HƏMAS yaraqlılarının, yaxud da tunellərin olmasına dair dəlil görmədiyini əminliklə söyləyə bilər.
Cərrah əmindir ki, İsrail Qəzza zolağındakı tibb müəssisələri və həkimləri hədəfə alır:
“Mən ən sarsıdıcı vəhşilikləri gördüm, tibb müəssisəsində görməyi gözləmədiyim şeylər gördüm. Minlərlə dinc sakinin ölümünə səbəb olan çox sayda hədəfsiz bombardmanlar olur. Həmçinin tibb müəssisələri və tibb işçilərinə tamamilə aşkar hücumlar, bütün xəstəxanaların infrastrukturunun qəsdən məhv edilməsi baş verir. İsrail HƏMAS yaraqlılarını vurduqlarını iddia edir. Orada gördüklərimi nəzərə alsaq, bu bəyanatlar tamamilə etibarsızdır”.

DİGƏR XƏBƏRLƏR

Top