
“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada şərti bir il həbs və 630 min avro məbləğində cərimə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb.
Bildirilir ki, tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nəticədə eks-futbolçu hökmlə razılaşıb.
Qeyd edək ki, 37 yaşlı Arda Turan İspaniyada “Barselona” ilə yanaşı “Atletiko Madrid”də də çıxış edib və 3 dəfə ölkə çempionu olub. O, hazırda Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisidir.