İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (parlament - red.) Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsində qapalı müzakirə zamanı ABŞ Prezidenti Co Baydenlə arasında yaranmış gərginliyi şərh edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
“Amerikanın hücumları mənə qarşı yönəlib, çünki mən Fələstin dövlətinin yaradılmasına mane oluram. Amerikalılara "yox" deməyi bilmədən heç kim İsraildə baş nazir ola bilməz. Burada amerikalıların problemli tələblərinə “hə” dedikdə, onlarla münasibətlərin yaxşılaşacağını düşünənlər var. Mən ABŞ-yə digər İsrailin baş nazirlərindən çox “xeyr” cavabı vermirəm və bu, asan deyil”, – baş nazir bildirib.
Netanyahu vurğulayıb ki, İsrail Qəzza zolağının sakinlərinin anklavı tərk etməsi üçün heç bir maneə yaratmır, lakin dünyada onları qəbul etməyə hazır olan heç bir ölkə yoxdur.