Sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində “KİA” markalı, 10-PT-454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə köməklik etməsini əks etdirən videogörüntü yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, o, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.
“Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilmiş və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilmişdir”, - məlumatda deyilir.