Şimali Koreya Rusiyaya 7 min konteyner sursat göndərib


2023-cü ildən Şimali Koreya Rusiyaya sursat və digər hərbi texnikanın olduğu təxminən 7 min konteyner göndərib.
Yeniavaz.com
“Sky News”a istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik deyib.
Onun sözlərinə görə, Şimali Koreya əvvəlcə gəmilərə arxalanırdı, lakin indi silah tədarük etmək üçün getdikcə daha çox dəmir yollarından istifadə edir.
Şin Von-sik bildirib ki, Pxenyanın Rusiyadan hərbi dəstək müqabilində 9 min konteynerdən çox yardım alması ehtimalı var.
“Sky News” yazır ki, müdafiə naziri bu bəyanatı Şimali Koreyanın Yapon dənizinə doğru qısamənzilli ballistik raketlər atmasından bir neçə saat sonra verib.
ABŞ və Cənubi Koreya əvvəllər də Şimali Koreyanı Ukraynadakı müharibə zamanı Rusiyaya mərmi və digər hərbi yardımlar göndərməkdə ittiham ediblər. Ancaq həm Rusiya, həm də Şimali Koreya bu ittihamları rədd edib.
Fevral ayında “The New York Times” qəzeti yazıb ki, Rusiya döyüş sursatı müqabilində Şimali Koreyaya qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top