
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Taysonun bloger Ceyk Polla döyüşünə görə alacağı mümkün qonorarın məbləği açıqlanıb.
Yeniavaz.com “Give Me Sport” nəşrinə istinadla xəbər verir ki, bu barədə iki çəki dərəcəsi üzrə keçmiş UFC çempionu Henri Sexudo məlumat verib.
İdmançı bildirib ki, Tayson bu döyüşdən təxminən 20 milyon dollar qazana bilər.
“Mayka hörmət edirəm, amma onun 58 yaşı var”, - Sexudo deyib.
Qeyd edək ki, Tayson və Pol arasında döyüş martın 7-də məlum olub.
Döyüş iyulun 20-də Amerikanın Arlinqton şəhərindəki “A&T Stadium” stadionunda baş tutacaq.
Pol peşəkar döyüşçülərlə bir sıra boks görüşləri ilə tanınır. Onun yeganə məğlubiyyəti britaniyalı Tommi Fyuriyə olub. Boks qaydalarına əsasən keçirilən son döyüşdə bloger Rayan Burlandı texniki nokautla məğlub edib.
2020-ci ildə Tayson həmyerlisi Roy Consa qarşı rinqə çıxıb. Sərgi döyüşü heç-heçə ilə yekunlaşıb. Bu tamaşa Taysonun son 15 ildə ilk tamaşası olub. 2005-ci ildə o, son peşəkar döyüşündə Kevin MakBrayda məğlub olub.
Tətbiqimizi yükləyə bilərsiniz