
Milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan “Azersun Holding” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda 10 mindən çox ailəyə bayram sovqatı paylanılıb.
Ötən il ərzində “Azersun Holding”ə məxsus markalar tərəfindən onlarla Korporativ Sosial Məsuliyyət və humanitar yardım layihələri həyata keçirilib.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azersun Holding”də 20 mindən artıq insan daimi iş yeri ilə təmin olunub.
Bu illərdə ümumilikdə 30-dan artıq istehsal müəssisəsi istismara verən şirkətlər qrupu Bakıda və bölgələrdə məşğulluğun təmin olunmasında mühüm rol oynayır.