
Rusiyanın Amur vilayətində hidrometallurgiya zavodunun şaxtasında yeraltı iş yerində qaya uçması baş verib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, dağıntılar altında 15 nəfərin olduğu deyilir.
Əməliyyat xidmətləri 13 şaxtaçı ilə əlaqənin olmadığını, şaxtaya girişlərin bağlandığını bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, çökmə qızıl hasilatı aparılan “Pioner” mədənində baş verib.
Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz