
Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası protokolların 100%-ni işləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə MSk-nın saytında məlumat paylaşılıb.
Komissiyanın ilkin məlumatlarına görə, özünün namizədliyini irəli sürmüş hazırki prezident Vladimir Putin 87,28 faiz səs toplayıb.
Qalan namizədlər aşağıdakı nəticələr əldə ediblər:
- Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) - 4,31%,
- Vladislav Davankov (“Yeni İnsanlar”) - 3,85%
- Leonid Slutski (Rusiya Liberal-Demokrat Partiyası) - 3,2%.
Bildirilir ki, Mərkəzi Seçki Komissiyası Rusiya prezident seçkilərinin yekun nəticələrini martın 21-də elan etməyi planlaşdırır.MSK daha öncə seçkilərdə iştirakın müasir Rusiyada rekord olduğunu və 77,44% təşkil etdiyini bildirmişdi. Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, belə bir göstərici səsvermənin internet də daxil olmaqla üç gün davam etməsi və seçicilərin seçkilərlə bağlı məlumatlandırılması sayəsində mümkün olub.
Tətbiqimizi yükləyə bilərsiniz