İsrail hərbçilərinin Qəzza zolağında Əl-Şifa xəstəxanasında əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik əməliyyatları şöbəsinin rəhbərini öldürdüyü bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) kəşfiyyat məlumatları əsasında həyata keçirilib.
Hərbçilərin sözlərinə görə, öldürülən şəxs Faiq Mabhuh HƏMAS-ın Qəzza zolağındakı fəaliyyətinin koordinasiyasına cavabdeh olub.