
Bu ilin fevral ayında marketlərdə satılan kərə yağının 1 kiloqramının orta satış qiyməti 19 manat 27 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, kərə yağının qiyməti yanvar ayı ilə müqayisədə cüzi bahalaşıb. Belə ki, bu ilin yanvar ayında kərə yağının orta satış qiyməti 19 manat 22 qəpik olub.
Qeyd edək ki, bahalaşma həm yerli istehsal olan kərə yağlarının, həm də xaricdən idxal edilən kərə yağlarının qiymətində müşahidə edilib.
Yerli istehsal olan kərə yağlarının 1 kiloqramının orta qiyməti son bir ayda 7 qəpik bahalaşaraq 18 manat 98 qəpiyə, xaricdən gətirilən kərə yağlarının 1 kiloqramının orta qiyməti isə son bir ayda 4 qəpik bahalaşaraq 19 manat 57 qəpiyə yüksəlib.
Elnur Əli