Xəbər verdiyimiz kimi, ötən axşam – martın 17-də Türkiyə Superliqasında baş tutan “Trabzonspor”-“Fənərbağça” qarşılaşmasından sonra azarkeşlər stadionda qələbəni qeyd etməyə başlayan fənərbağçalı futbolçulara hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya artıq 12 nəfərin saxlanıldığını açıqlayıb.
“Dünən axşam oynanan “Trabzonspor”-“Fənərbağça” matçından sonra baş verən hadisələrlə bağlı ilkin araşdırmalara əsasən, 12 nəfər saxlanılıb.
Hadisələrlə bağlı araşdırma və istintaq davam edir”, - nazir bildirib.
Qeyd edək ki, “Bordo mavililər”in meydançasında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:3.