
Martın 18-də Pakistan Hərbi Hava Qüvvələri Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Ləman (Paktika əyaləti) və Pasa Mella (Xost əyaləti) yaşayış məntəqələrinə zərbələr endirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, əməliyyat martın 16-da “Təhrik-i-Taliban Pakistan” silahlılarının Pakistan Silahlı Qüvvələrinin Şimali Vəziristanın (Xayber Paxtunxva əyaləti) sərhəd bölgəsindəki Mir Əli şəhərində yerləşən bazasına hücumuna cavab olaraq həyata keçirilib.
Bildirilir ki, Pakistan Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 7 hərbçi həlak olub.
Taliban hərəkatı tərəfindən yaradılmış Əfqanıstanın müvəqqəti hökuməti Pakistan Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələri qətiyyətlə pislədiyini bəyan edib.