TOP 7 populyar smartfon


2023-cü ildə ən çox satılan mobil cihaz modelləri ilə bizim smartfon reytinqimizdə tanış olun. Buraya həm tanınmış brendlər, həm də haqqında az eşitdiyiniz brendlər daxildir. Ekran, kamera, performans – seçim edərkən nə vacibdir? Ən yaxşı telefonların xüsusiyyətlərinə baxaq.

Xiaomi POCO F5
Müxtəlif ehtiyaclar üçün ən yaxşı smartfonlar reytinqimizi Xiaomi açır.
Bu smartfon AMOLED matrisalı və 2400×1080 piksel təsvir ölçülü 6,67 düymlük əla ekrana malikdir. Ekran həqiqətən parlaq və uzun müddət baxmaq üçün rahatdır. Praktik olaraq heç bir titrəmə yoxdur, yeniləmə tezliyi 120 Hz-dir.
Lakin bu smartfonun kameraları olduqca zəifdir, əlavə parametrlərdən istifadə edərək yaxşı şəkillər əldə etmək olar.
Bu, 12 GB RAM və əla Snapdragon 7+ Gen 2 prosessoru olan güclü cihazdır. Telefon tətbiqləri və oyunları sürətli açır. Baxmayaraq ki, donmalar tamamilə istisna edilmir. Aktiv istifadə zamanı istiləşmə də mümkündür.
Xiaomi-nin bu məşhur modelini indi Umico Market-də ala bilərsiniz!


OPPO Reno 10
Model ilk növbədə fotosevərləri sevindirəcək. İstehsalçı kameraların keyfiyyətini və funksionallığını yaxşılaşdırdı. Əsas kameranın təsvir ölçüsü 64 meqapikseldir. Gün işığında gözəl şəkillər əldə edilir, baxmayaraq ki, rənglər təhrif oluna bilər.
Qadcetin cəmi 8 GB operativ yaddaşı var. Zəif MediaTek Dimensity 7050 çipinə baxmayaraq, modelin performansı pis deyil.
Smartfon AMOLED matrisalı 6,7 düym diaqonallı ekranla təchiz edilib. Ekran həlli 2012×1080 piksel, yeniləmə tezliyi 120 Hz-dır.
Kataloqumuza baş çəkin və bu qadceti münasib qiymətə əldə edin!


Redmi 12C
Bu qiymət-keyfiyyət nisbəti baxımından yaxşı seçimdir. Cəmi 6 GB operativ yaddaşa baxmayaraq, sadə oyunların öhdəsindən olduqca yaxşı gəlir. Ancaq təbii ki, bu seçim daha çox gündəlik işlərə aiddir – internetdə iş görmək, videolara baxmaq, iş tapşırıqlarını həll etmək.
Ağır yüklənmə zamanı performans azalır və korpus qızır. Smartfonun ekran diaqonalı 6,71 düym, HD+ təsvir ölçüsü və 60 Hz yeniləmə tezliyi var. Buradakı prosessor Helio G85-dir. O, iPhone-lar qədər güclü deyil, lakin istifadəçi tapşırıqlarının öhdəsindən gəlir.
Kamera sadə fotoşəkillər üçün yarayır. Cihaz büdcəli olduğu üçün super keyfiyyət axtarmağa dəyməz.
Bu smartfonu haradan almaq olar? Əlbəttə ki, Umico Market-də!

Tecno Spark 10 Pro
Bu, başqa bir büdcəli və bəlkə də ən çox satılanlar arasında az tanınan modeldir.
Bu smartfon diaqonalı 6,8 düym olan kifayət qədər böyük IPS ekrana malikdir. Onun Full HD+ həlli və 90 Hz yeniləmə tezliyi var.
Prosessor Helio G88-dir, onun performansı qadcetin dəyərini nəzərə alsaq, sadəcə əladır.
Büdcəli modellər adətən zəif əsas kameraya malik olurlar. Lakin burada şəkillər olduqca gözəl çıxır. Rəng göstərilməsi həmişə düzgün olmasa da, ön kamera da kifayət qədər yaxşı işləyir.

iPhone 14 PRO MAX
Bəli, bu artıq Apple-ın ən son modeli deyil. Lakin bu smartfon hələ də 2023-cü ildə ən çox satılan qadcetlər sırasındadır.
Bu model 2796×1290 piksel təsvir ölçülü 6,7 düymlük OLED ekrana və 120 Hz yeniləmə sürətinə malikdir. A16 Bionic, demək olar ki, heç bir çətinlik çəkmədən istənilən tapşırıq və ssenarinin öhdəsindən gələ bilən buradakı performansa cavabdehdir.
Bu modeldəki kameralar həqiqətən təsir edicidir. Əsas kamera istənilən işıqlandırmada əla videolar çəkir və çox keyfiyyətli şəkillər yaradır.
Bu model həm də Umico Market-də ən çox satılanlar arasındadır. Taksitlə də əldə edə bilərsiniz.

Samsung Galaxy S23 Ultra
İstehsalçılar bu smartfona 6,8 düym diaqonallı və 1440×3088 piksel təsvir ölçüsünə malik möhtəşəm Dynamic Amoled 2X ekranını quraşdırıblar.
Prosessor Snapdragon 8 Gen 2-dir ki, bu da bütün tətbiqlərin rəvan və sürətli işləməsini təmin edir.
Smartfonu universal adlandırmaq olar. O, həm internetdə işləyən adi istifadəçilər, həm geymerlər, həm də iş üçün telefona daha çox ehtiyacı olanlar üçün uyğundur.
İstənilən şəraitdə əla çəkiliş keyfiyyəti var. Gün ərzində kamera çalarları aydın şəkildə ötürür və səmanı həddindən artıq işıqlandırmır. Gecələr isə işıq və kölgədə bulanıq kadrlardan və “tıxanmalardan” qaçmağa imkan verir.


Redmi A2+
Bu, 2023-cü ilin ən büdcəli və populyar modellərindəndir. Smartfon 6,52 düymlük IPS ekrana və HD+ təsvir ölçüsünə malikdir.
İstehsalçılar bu smartfona ən çox yayılmış Helio G36 prosessorunu və cəmi 3 GB operativ yaddaş quraşdırdılar.
Əsas və ön kamera zəifdir – büdcəli telefon üçün bu gözləniləndir. Bu məşhur smartfonu Umico Market-də ən sərfəli qiymətə ala bilərsiniz!
Bütün məşhur smartfon modellərini Umico Market-də tapın!

DİGƏR XƏBƏRLƏR

Top